“Rusiya hakimiyyəti məsuliyyətə cəlb olunmalıdır" - VİDEO
Dünya
“Rusiya hakimiyyəti Aleksey Navalnının ölümü ilə bağlı məsuliyyətə cəlb olunmalıdır”.
RTV-nin xəbərinə görə, bu bəyanatla Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel çıxış edib
O. rəsmi Moskvadan effektiv araşdırma tələb edib. Bildirib ki, baş verən hadisə ilə bağlı adı çəkilən ölkəyə yeni sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, Avropa Məhkəməsi də bir qədər əvvəl analoji tələb irəli sürüb. Tələbdə Kremlin diqqətinə bütün siyasi məhbusları azad etməli olduğu çatdırılıb.
Fərid Azəri