Rusiyada azərbaycanlı dəstə başçısı - – İFŞA EDİLDİ
Dünya
Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi azərbaycanlı Tural Məmmədovun həbs müddətini uzadıb.
News24.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, istintaqla T. Məmmədovun və dəstə üzvlərinin hər hansı motiv olmadan bir sıra dəhşətli cinayət törətdiyi məlum olub.
O və daha 15 nəfər küçədən keçən tanımadıqları şəxslərə qarşı fiziki zorakılığa yol verərək, onları qarət edib. Bu əməllər isə mobil telefonla lentə alınaraq, sosial şəbəkələrdə paylaşılıb.
Sözü gedən şəxslər qurbanlarını əsasən slavyan görünüşlü insanların arasından seçib.
Sankt-Peterburq Məhkəməsində keçirilən iclas zamanı müdafiə tərəfi T. Məmmədov və digərlərinin həbs müddətinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib. Məhkəmə onların heç birini təmin etməyib.
Qeyd edək ki, təqsiri sübut olunsa Tural Məmmədovu və dəstə üzvlərini uzunmüddətli həbs cəzası gözləyir.
Fərid Azəri