Tanınmış şirniyyat fabriki olan “Roshen” Rusiyanın mülkiyyətinə keçdi

Tanınmış şirniyyat fabriki olan “Roshen” Rusiyanın mülkiyyətinə keçdi Dünya

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun Lipetsk şəhərindəki “Roshen” şirniyyat fabriki Rusiyanın mülkiyyətinə keçib.

News24.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Lipetsk şirniyyat fabriki “Roshen” Açıq Səhmdar Cəmiyyətinin səhmləri və Mərkəzi Avropa Qənnadı Şirkətinə məxsus “Roshen” MMC-nin nizamnamə kapitalındakı 94,9976 faiz nizamnamə kapitalındakı payların 5%-i gəlirə çevrilməlidir.

Ukraynanın “Roshen” korporasiyası dünyanın ən böyük qənnadı məmulatları istehsalçılarından biri hesab olunur. 2017-ci ildən şirkət Lipetskdəki fabrikini dayandırıb. Korporasiya Lipetskdə qalan aktivləri 200 milyon dollar dəyərində qiymətləndirib.

Lipetsk məhkəməsi Pyotr və Aleksey Poroşenkonun , eləcə də Oleq Kazakovun Rusiyada fəaliyyətinə qadağa qoyub.

Mehriban Mirzəzadə