Qaradağda  anbardan 800 manatlıq OĞURLUQ
    • 29-10-2019, 10:29
    • 747

Qaradağda anbardan 800 manatlıq OĞURLUQ

Qaradağda oğurluq hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan News24.az-a verilən məlumata görə, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov  Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.


Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.