Azərbaycan səhəri YANĞINLARLA AÇDI
    • 30-11-2019, 09:56
    • 1 073

Azərbaycan səhəri YANĞINLARLA AÇDI

Bakıda və Azərbaycanın rayonlarında yanğın hadisələri baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd çarpayı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qazax rayonunun Çaylı kəndində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü və yaxınlığına yığılan 1 m³ taxta yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 8 m² olan köməkçi tikilinin lambirindən ibarət tavanı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.