Nərminin bacısı: “Gödəkçəni üzünə tutmuşdu, qorxdum”
    • 8-01-2020, 11:02
    • 3 169

Nərminin bacısı: “Gödəkçəni üzünə tutmuşdu, qorxdum”

“Maşında iki nəfər idilər, gözlərində qara eynək vardı. Dedilər, maşına min”. 

Bu sözləri Tovuzun Dondar Quşçu kəndində amansızcasına öldürülən 10 yaşlı Nərminin bacısı Şəbnəm Quliyeva News24.az-ın Tovuza ezam olunmuş müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, bacısı evdən çıxandan bir saat sonra arxasınca gedib: “Birinci Arif əmimgilə getdim, əmim dedi, "gödəkçəni qoyub çıxıb". Sonra buraya gəldim, əmim oğlanları Qorxmazla Ayxanın yanına. Onlardan soruşdum ki, Nərmini görmüsünüzmü? Dedilər, bir az olar gedib”. 

Şəbnəm deyir ki, qayıdarkən yolda bir maşın onu saxlayıb: “Sarı rəngdə taksi idi, dedi ki, gəl, maşına otur, səni evinizə aparım. Bir neçə dəfə dedi, amma mən minmədim. Gözlərində qara eynək vardı, üzü tüklü idi, gödəkçəsini də üzünə tutmuşdu deyə üzünü görmədim. Mən də ondan qorxdum, minmədim. Maşında iki nəfər var idi, onları da tanımadım".  

Sevda Bayramova
Foto: Fərid Şabanov