Bakıda qadını intihara sövq edən şəxsə CİNAYƏT İŞİ AÇILDI
    • 20-01-2020, 16:33
    • 1 038

Bakıda qadını intihara sövq edən şəxsə CİNAYƏT İŞİ AÇILDI

Bakıda qadının intiharı ilə bağlı barəsində cinayət işi açılan şəxsdən yeni xəbər var.

News24.az-ın məlumatına görə, Binəqədi rayonunda baş vermiş intihar hadisəsinə görə təsirli bilinən S.Hüseynov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci, yəni, özünü öldürmə həddinə çatdırma maddəsi ilə açılan işin prokurorluqdakı ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Vüqar Məmmədovun icraatına verilib. 

Qeyd edək ki, cinayət işi üzrə Əliyeva və Biniatova soyadlı iki qadın zərərçəkən şəxs qismində tanınıb.