Bakıda keçmiş məhkumdan AVTOMAT GÖTÜRÜLDÜ
    • 20-02-2020, 11:50
    • 807

Bakıda keçmiş məhkumdan AVTOMAT GÖTÜRÜLDÜ

Abşerondan Salyan sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizovdan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.