Cəlilabadda məktəbli çayda BOĞULARAQ ÖLDÜ
    • 3-06-2020, 09:43
    • 668

Cəlilabadda məktəbli çayda BOĞULARAQ ÖLDÜ

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

News24.az xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ. Şəbiyev boğularaq ölüb. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır. /APA/