Sumqayıtda 10 nəfər binadan təxliyə edildi
    • 27-03-2019, 23:26
    • 703

Sumqayıtda 10 nəfər binadan təxliyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

News24.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.