Nobel prospektində piyadanı avtomobil vurdu
    • 22-03-2020, 00:30
    • 1 762

Nobel prospektində piyadanı avtomobil vurdu

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xətai rayonu Nobel prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 35-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.