USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 21°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 24°C
  • LƏNKƏRAN 21°C
  • ŞƏKİ 26°C
  • QUBA 25°C
  • NAXÇIVAN 23°C

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

KRİMİNAL / SİYASƏT

Mətn ölçüsü

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.
Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun dələduzluq yolu ilə 3 Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

//Report

Xəbəri paylaş: