Xiaomi şirkəti öz istifadəçilərini - İZLƏYİR
    • 2-05-2020, 19:19
    • 863

Xiaomi şirkəti öz istifadəçilərini - İZLƏYİR

Forbes saytının təqdim etdiyi yeni məqalədə Xiaomi şirkəti öz istifadəçilərini izləməsi üzrə günahlandırılır.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət artıq bu məqaləyə reaksiya verib. Redmi Note 8 smartfonuna sahib olan Gabi Cirlig adlı tədqiqatçı aşkar edib ki, Sinqapurda və Rusiyada olan qeyri-məlum serverlərə konfidensial məlumatlar ötürülür.

Tədqiqatçının sözlərinə əsasən Xiaomi şirkəti öz smartfonlarından məlumatları yığır. Bura həmçinin unikal nömrələr daxildir. Həmin unikal nömrələr vasitəsilə smartfonların modellərini və onlarda olan Android versiyalarını təyin etmək olar.

Bu üsulla hansı smartfonun kimə aid olduğunu öyrənmək asan məsələdir. Bundan əlavə olaraq smartfonda yeni qovluqların və brauzerdəki səhifələrin açılması, müəyyən ayarların aktivləşdirilməsi və hətta dinlənilən musiqilər barəsində də məlumatlar yığılır. Bu cür bəyanatı həmçinin kibertəhlükəsizlik üzrə mütəxəssis Andrew Tierney də təsdiqləyib.