16 nömrəli musiqi məktəbi hesabat konserti keçirib - FOTOLAR
    • 8-06-2018, 12:30
    • 3 645

16 nömrəli musiqi məktəbi hesabat konserti keçirib - FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Yaşar Əliyev və sektor müdiri Lalə Kərimova, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Məktəbin şagirdlərinin ifasında “Şur rəngi”, T.Quliyev “Bakı haqqında mahnı”, Niyazi “Arzu”, K.Qlyuk “Orfey operasından Ariya”, D.Şostakoviş “Vals şutka”, M.Parcxaladze “Qəmgin nəğmə”, M.Şmits “Caz notları”, F.Şopen “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.