"+18 görüntülərim on dubla çəkilib"- DİLARƏ KAZIMOVA - VİDEO
    • 15-02-2020, 15:38
    • 3 899

"+18 görüntülərim on dubla çəkilib"- DİLARƏ KAZIMOVA - VİDEO

"Qış nağılı" filmindən çox gözəl reaksiyalar gəlir. İndiyə qədər hər kəs məni "Seva" deyə çağırır. Bunları görəndə, eşidəndə çox gülürəm. Çünki komik film idi. Çəkiliş zamanı belə olacağını təsəvvür edirim. Bilirdim ki, obrazım çox danışılacaq. İndi ətrafdan çox deyirlər ki, rolumu çox yaxşı və inandırıcı oynamışam". 

Bu sözləri News24.az-a açıqlamasında müğənni Dilarə Kazımova deyib. O, filmdəki Seva obrazından danışıb: "Bilmirəm, amma nədənsə məni cəsarətli işlərdə daha çox görmək istəyirlər. Düzdür, "Qış nağılı" filminin bəzi yerlərində +18 məqamları hiss olunurdu, amma o da tamaşaçını güldürmək üçün nəzərdə tutulub".

Aktrisa "Qış nağılı"nda uşaqların gözü önündə siqaret çəkdiyim səhnəmn çox tənqid olunmasına mübasibət bildirib: "Qətiyyən! Biz orda siqareti təbliğ eləməmişik. Hətta həmin səhnəni çox çətinliklə çəkdik, tüstüdən boğazım ağrıyırdı. O, səhnə 10 dubla çəkildi. Məncə, obrazımı tənqid etmək yox, orda demək istədiklərimi başa düşmək lazımdır. Mənim üçün ən vacib məqam yaratdığım obrazın açıq-saçıq olması deyil, hər şeyin gözəl və estetik görünməsidir. Məsələn, mənim "Harem" klipim var, orda göbək rəqsi oynayan qadın obrazını canlandırmışam. Hər halda, orda qapalı geyimdə ola bilməzdim". 

İfaçı Selin Ciyerci haqda fikirlərini də bölüşüb: "Bu yaxınlarda gördüm ki, mənim paltarımdan geyinib. "Jara" festivalı zamanı istifadə elədiyim libasımı görüb və eynisini özü üçün tikdirib. Eskizi dəqiqliklə məndən götürülüb. Buna görə çox şadam. Niyə də olmasın?! Əgər, elədiyimiz iş, geyindiyimiz paltar kiminsə xoşuna gəlib, ilhamlandırıbsa nə gözəl. Mən onu tanımırdım. Əvvəllər kişi olduğunu da sonran bilmişəm. Fotodan gördüyüm qədəri ilə fərqli görünürük, amma çox yaraşıb".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov