USD 1.7
EUR 1.8473
TRY 0.2509
RUB 0.0225
  • Bakı 8°C
  • ŞUŞA -4°C
  • GƏNCƏ 3°C
  • LƏNKƏRAN 6°C
  • ŞƏKİ 4°C
  • QUBA 1°C
  • NAXÇIVAN 4°C

İzzət Bağırovun “Ümidlər puç olanda” filmi təqdim olundu – FOTOLAR

ŞOU-BİZNES / SİYASƏT

Mətn ölçüsü

Müğənni İzzət Bağırov ssenari müəllifi olduğu və baş rolunu canlandırdığı “Ümidlər puç olanda” filminin təqdimat mərasimini keçirib.

Qala gecəsi filmin çəkiliş komandasının qırmızı xalıya keçərək jurnalistlərin suallarını cavablaması ilə başlayıb.

İ.Bağırov melodrama üstünlük verməsinin səbəbini açıqlayıb: “İndi hamı komediya çəkir. Təbii ki, burada İzzət Bağırov adı varsa, bu komediya olmayacaq. Bir dəfə komediyada rol almışam. O da Rafael və Coşqunun, “Bu şəhərdə”nin çəkdiyi “Bakı-Moskva qatarı” olub. Filmin ssenarisi mənə məxsusdursa, bu  olacaq. Bu mövsüm yeddi-səkkiz film var. Hamısı da komediyadır. Bir melodrama var, o da mənə aiddir. Buna görə də mənə rəqib yoxdur. Amma olsa da olar, mənə görə problem deyil. Mən rəqabəti sevirəm”.

Müğənni filmin ssenarisindən bəhs edib: “Ekran işində vaxtilə dost olmuş ailənin arasında yaşanan müsibətlərə ekran həyatı vermişik. Filmdə mənim atam öz dostunun günahına görə həbsxanaya düşür. Biz ssenarini elə yazdıq ki, atam həbsxanadan çıxdıqdan sonra bilinir hər şey. Sevgiyə çox da yer verilməyib, faciələr isə olduqca çoxdur. Aktyor heyətini özüm seçmişəm. Samir Qulamova  ssenarini verəndə artıq aktyorları seçib, yazmışdım. Peşəkarları yığmışam bir yerə. Mehriban Xanlarova, Kazım Abdullayev, uşaqlıqdan sevdiyim aktrisa Xalidə Quliyeva, Əjdər Zeynalov rol alıb. Gülşən Hüseynli, Asya Atakişiyeva, Manaf gənc, istedadlı sənətçilərdir. Filmdə aktyor olmayanları çəkmədim. Orada bol sevgi, faciə, qan, ailə problemləri var”.

FOTO/VİDEO: Nurlan Gülməmmədov

Qalereya

20

Xəbəri paylaş: