Zelenski Şəhidlər xiyabanını ziyarət etdi
    • 17-12-2019, 20:48
    • 1 516

Zelenski Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Şəhidlər xiyabanını ziyarət edib.
News24.az xəbər verir ki, Ukraynanın dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.