Lənkəranda 4 otaqlı evdə YANĞIN
    • 7-12-2019, 11:29
    • 728

Lənkəranda 4 otaqlı evdə YANĞIN

Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.