"Vətəndaşların  çölə çıxması ilə bağlı sənəd hazırlanır" - İBRAHİM MƏMMƏDOV
    • 2-04-2020, 12:05
    • 1 118

"Vətəndaşların çölə çıxması ilə bağlı sənəd hazırlanır" - İBRAHİM MƏMMƏDOV

Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın saatlarda açıqlanacaq”.
News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: “Bu mexanizm üzərində iş gedir, necə icazə veriləcək, bununla bağlı bütün proses yaxın saatlarda təsdiqlənəcək”.


Afaq Mirayiq