Koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ -ÜST
    • 26-05-2020, 11:48
    • 1 033

Koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ -ÜST

Dünyada koronavirusun birinci dalğasının ortasındadır.

News24.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Mayk Rayan deyib. O, bu dalğanın gələcəkdə ikinci zirvəyə çıxa biləcəyi barədə xəbərdarlıq edib:

“Həmişə yoluxmanın tədricən azaldığı ilk dalğadan bir neçə ay sonra xəstəliyin yeni dalğasının başlamasını müşahidə etmişik. Qlobal miqyasda ilk dalğa hələ bitməyib. Fəqət biz xəstəliyin hər an sıçrayış edə biləcəyini xatırlatmalıyıq. Bu dalğada yeni bir zirvə görə bilərik. Digər pandemiyalar da belə olmuşdu. 1919-cu ildə ispan qripində bu vəziyyət meydana gəlmişdi”.

Rayan qrip mövsümündən asılı olaraq daha ağır ikinci dalğanın meydana gəlməsi ehtimalının il ərzində qiymətləndirilə biləcəyini də qeyd edib.