Bu həftə sonu keçirilməsi nəzərdə tutulan imtahanlar TƏXİRƏ SALINA BİLƏR
    • 3-06-2020, 19:58
    • 721

Bu həftə sonu keçirilməsi nəzərdə tutulan imtahanlar TƏXİRƏ SALINA BİLƏR

"Həftə sonlarına təyin olunan imtahanlar narıncı zonada yerləşən şəhərlərdə ləğv olunacaq".

News24.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: "Həmin imtahanların başqa vaxta keçirilməsi haqda qərar qəbul oluna bilər".

Qeyd edək ki, narıncı zonaya Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran daxildir.