"Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib" - Nazir
    • 27-02-2023, 15:46
    • 128

"Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib" - Nazir

​​​​"Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib"

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xaricdə təhsil alan tam orta təhsil və orta ixtisas təhsil diplomları tanınacaq: "Həmçinin, dil üzrə müsahibə ləğv ediləcək. Hüquqşünas, mühəndislik üzrə biliklər DİM tərəfindən yoxlanılacaq. Rus, ingilis, türk dillərində təqdim olunan sənədlərin notarial qaydada təsdiqinə ehtiyac yoxdur".

Qeyd edib ki, sərhədlərdən kənarda olan şəxslərin diplomları onlara təqdim edilməyəcək.

Məhərrəm ƏLİYEV