Velosiped oğruları ƏLƏ KEÇDİ
    • 1-03-2023, 10:22
    • 137

Velosiped oğruları ƏLƏ KEÇDİ

Ötən gün velosiped oğruları həbs edilib.

News24.az xəbər verir ki, hadisə Bakı və Sumqayıt şəhərlərində yaşanıb.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 28-də Yeni Günəşli qəsəbəsindəki evlərin birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Seymur Məhərrəmov, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə fevralın 28-də 6-cı mikrorayondakı evlərin birinin zirzəmisindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Məhərrəmov saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırma aparılır.