Velosiped oğurlayan şəxs saxlanıldı
    • 18-10-2022, 11:16
    • 175

Velosiped oğurlayan şəxs saxlanıldı

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə oktyabrın 13-nə keçən gecə D.Əliyeva küçəsindəki evlərin birinin girişindən 1500 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə müraciət daxil olub. 

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş  Nazim Nurəliyev müəyyən olunaraq saxlanılıb.