-
- 3-03-2023, 13:27
- 13 453
"Bu, Allahın qismətidir" - "Ege hospital"ın baş həkimi iddialara CAVAB VERDİ
Xəbər verildiyi kimi, ötən gün pedaqoq Rəna Bayramqızı vəfat edib.
Yaxınları bildirir ki, o fevral ayının 20-si ayağındakı şişmə ilə əlaqədar "Ege hospital"a müraciət edib.
Nefroloq Barat Yusubovun qəbulunda olan zaman həkim ona "dializə heç bir ehtiyac yoxdur, ayağa yığılan suyun çəkilməsi üçün sidikqovucu məhlul vursaq, yetər" deyib. Eyni zamanda o, xəstənin kliniki şəraitdə 2-3 gün yatmalı olduğunu qeyd edib.
Ailənin iddiasına görə, xəstə 2 gündən sonra, yəni ikinci sidikqovucu iynə vurulduqda komaya düşüb. Elə bu səbəbdən də onlar xəstə ilə əlaqə qura bilməyib və narahat olduqları üçün xəstəxanaya gəliblər. Öyrəniblər ki, Rəna Bayramqızı kritik vəziyyətdədir. Bu hal ötən ayın 25-nə qədər davam edib və o, həmin gün süni nəfəs aparatından ayrılıb.
Ailə üzvləri ehtimal edir ki, xəstə elə ikinci gündən həyatını itirib, sadəcə onu süni nəfəs aparatına qoşaraq vaxt qazanıblar.
Məsələ ilə bağlı "Ege hospital"-ın baş həkimi Fəxrəddin Əkbərov ilə əlaqə saxladıq. Baş həkim News24.az-a açıqlamasında bildirib ki, səsləndirilən iddialar əsassızdır:
"Həkim Barat Yusubov bizdə də, Azərbaycan Tibb Universitetində də işləyir. Çox yaxşı və savadlı həkimdir. Təcrübəsiz həkim olsa deyərəm ki, bilmədən sidikqovucu məhlulu vurub və xəstədə şok effekti yaradıb. Ümumiyyətlə, sidikqovucu məhlulu elə bir dərman deyil ki, kimisə öldürsün. Xəstənin nəzarətsiz qalması məsələsinə gəlincə, klinikamızda növbətçi həkimlər var və əgər Barat həkim yoxdursa, başqaları xəstəyə nəzarət edir. Elə bir şey olur ki, xəstələr tam nəzarətsiz qalsın? Bizim insanlar pis öyrənib, nə oldusa həkimi günahlandırırlar. Hansı həkim istəyər ki, xəstəsi ölsün, yaxud da, pis vəziyyətə, ağır duruma düşsün?! Barat Yusubov neçə ildir ki, burada işləyir. O, bu qədər savadsız oldu ki, sidikqovucu haqqında da heç nə bilmədi?".
Baş həkim "Ege hospital"ın adının dəfələrlə dəyişdirilməsi iddialarına da cavab verib:
"Bu klinikanın adı cəmi iki dəfə dəyişib. Birinci adı "Grand hospital", ikinci adı isə "Ege hospital"dır. Təxminən 2018-ci ildən "Ege hospital" adlandırılır. Klinikada işləyən həkimlərin əksəriyyəti isə Türkiyədə təhsil alıblar. Ümumiyyətlə, xəstə gedib İranda da ölə bilər, o zaman ona heç kim danışmır. Amma Azərbaycanda olanda bunu həkim səhlənkarlığı kimi qələmə verirlər. Bu, Allahın qismətidir. Bu barədə danışanlar tibbi məlumatı olmayanlardır. Biz də belə inandırıcı olmayan söhbətlər çox olur. Heç bir tibbi savadı olmayanlar gəlib həkimin işinə qarışır. "Bu dərman vuruldu, səhv oldu, şok effekti yaratdı" kimi söhbətlər olur. Hər bir dərmanı insanın bədəni götürməyə bilər və hər bir məsələdə isə həkimi günahlandırmaq tamamilə yanlışdır".
Aynurə FATEH