"Zoom" bu dəfə prezidentini işdən çıxardı
    • 7-03-2023, 11:52
    • 143

"Zoom" bu dəfə prezidentini işdən çıxardı

Bu yaxınlarda minlərlə işçisini ixtisar etməli olan "Zoom" şirkəti bu dəfə 9 ay əvvəl prezident kürsüsünə oturan Qreq Tombu işdən çıxarıb.

News24.az xəbər verir ki, son zamanlar bütün texnologiya dünyasında hiss edilən qlobal maliyyə böhranı "Zoom"-dan da yan keçməyib. 

Ötən aylarda bir çox işçisini ixtisar edən "Zoom" bu dəfə şirkət prezidentini vəzifəsindən azad edib.

"Zoom" bu həftə sürpriz bir qərar verərək prezident kürsüsündə oturan Qreg Tomb ilə yollarını ayırıb.

"Google"-da uzun müddət çalışan Qreq Tomb şirkətə 9 ay əvvəl rəhbər təyin edilib. Buna görə də qərar hər kəsə sürpriz olub.

Şirkət qərarın səbəbini açıqlamayıb. /CNN Türk/

Teymur MƏMMƏDOV