"Pfizer" Avropa İttifaqından istehsal edilməyəcək peyvəndlər üçün PUL TƏLƏB EDİR
    • 15-03-2023, 14:38
    • 120

"Pfizer" Avropa İttifaqından istehsal edilməyəcək peyvəndlər üçün PUL TƏLƏB EDİR

"Pfizer" şirkəti Avropa İttifaqından istifadə olunmamış "Covid-19" vaksinləri üçün ödənişi davam etməsini istəyir.

News24.az xəbər verir ki, bu tələb Avropa dövlətlərində qəzəblə qarşılanıb. 

"Pfizer" Avropa İttifaqı ilə "Covid-19" peyvəndi müqaviləsini uzatmağı təklif edərək tədarükləri kəsib.

Bu təklif bir sıra üzv dövlətlərin qəzəbinə səbəb olub və onlar müqavilənin öz vətəndaşlarına deyil, "Big Pharma"-nın maraqlarına xidmət edəcəyini bildiriblər.

Razılaşmanın müddətinin artırılması vaksin müqaviləsini 2026-cı ilə qədər uzadacaq. Tədarük edilən dozaların sayı 40 faiz azalacaq və çatdırılmada gecikmələr olacaq.

Bununla belə, təklif olunan ixtisarlara baxmayaraq, ABŞ-ın əczaçılıq nəhəngi hələ də ilkin razılaşdırılmış bütün dozalar üçün milyardlarla dollar tələb edir.

Yeni şərtlərlə isə ilkin razılaşmadakı dozaların bir hissəsi heç vaxt istehsal edilməyəcək. /CNN Türk/

Teymur MƏMMƏDOV