Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir
    • 17-03-2023, 17:19
    • 400

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam edir

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən hazırda Böyük Qafqazın Qəbələ və Qusar rayonlarının, Kiçik Qafqazın Göygöl və Laçın rayonlarının ərazisindən keçən çayların hövzəsində qarölçmə işləri davam edir.

News24.az-ın xəbərinə görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Quba rayonlarının ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa və Xocavənd rayonlarında, o cümlədən Naxçıvan MR ərazisində isə qarölçmə işləri artıq başa çatıb.