-
- 25-02-2022, 10:13
- 641
Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində mart ayının ilk günlərindən etibarən qarölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilir.
News24.az xəbər verir ki, bunu Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, əgər keçən il 25 qarölçmə marşrutu üzrə ölçmə-tədqiqat işləri aparılıbsa, bu ildən etibarən marşrutların sayı 31-ə çatdırılıb ki, bu da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində qarölçmə işlərinin daha geniş ərazidə aparılması ilə bağlıdır: “Ölçmə işləri Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kəlbəcər, Laçın, Şuşa, Xocavənd rayonlarının ərazisindən axan Tərtərçay, Levçay, Tutqunçay, Xaçınçay, Bərgüşadçay, Həkəriçay, Zabuxçay, Qarqarçay, Köndələnçay, Quruçay çaylarının hövzələrində 8 marşrut üzrə 2 qrupdan ibarət ekspedisiya tərəfindən dəniz səviyyəsindən 1550-2200 metr yüksəklikdə həyata keçiriləcək. 2021-ci ildə isə qarölçmə işləri 2 marşrut üzrə yalnız Tərtərçay və Həkəriçay çaylarının hövzələrində aparılmışdı”.
A.Verdiyev bildirib ki, ümumilikdə ölkənin əsas çay hövzələrini əhatə etmək üçün qarölçmə işləri 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində həyata keçiriləcək və qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı, sululuğu təyin olunacaq: "Qarölçmə işlərində iştirak edəcək mütəxəssislər üçün ərazidə təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq".