Hamam otağında azərbaycanlının meyiti tapıldı - TÜRKİYƏDƏ - FOTO
    • 4-02-2019, 19:10
    • 818

Hamam otağında azərbaycanlının meyiti tapıldı - TÜRKİYƏDƏ - FOTO

Türkiyənin Antalya şəhərində 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayevin cəsədi evinin hamam otağında tapılıb.

Gəncin cəsədi ev yoldaşının anası tərəfindən aşkar edilib.

Hadisə Muratpaşa rayonu Yüksekalan Məhəlləsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Məlumata görə, həmyerlimizin ev yoldaşının anası günorta saatlarında evə yollanıb. Vannanın içərisində Abdullayevin hərəkətsiz uzandığını hiss edən qadın polisə xəbər verib.
Hadisə yerinə gələn tibb briqadaları Salehin həyatını itirdiyini müəyyən ediblər.

Bir müddət əvvəl turizm sektorunda çalışdığı deyilən Saleh Abdullayev ən son səhər saatlarında itini gəzdirərkən görünüb. Onun cəsədi tibb meyitxanasına aparılıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.
//OpenAz