Müqəddəs yerdə çılpaq foto çəkdirən şəxs ÖLKƏDƏN QOVULDU - FOTO
    • 29-03-2023, 09:30
    • 364

Müqəddəs yerdə çılpaq foto çəkdirən şəxs ÖLKƏDƏN QOVULDU - FOTO

Bali adasında istirahət edən Rusiya vətəndaşı yerli sakinlər üçün müqəddəs yerdə çəkilmiş çılpaq şəklinə görə İndoneziyadan deportasiya edilir.

News24.az xəbər verir ki, Yuri adlı rusiyalı turist Bali adasında müqəddəs hesab edilən Aqunq vulkanında çılpaq şəkil çəkdirib, daha sonra həmin şəkli sosial şəbəkələrdə yayıb.

Həmin vaxt onu yerli sakinlər və hakimiyyət orqanlarının əməkdaşları görüb.  Turistin bu hərəkəti və onların qəzəbinə səbəb olub. 

Rusiyalı turist əməlindən peşman olub. Yuri fotonu silib və etdiyi hərəkətə görə üzr istəsə də, onu deportasiya etmək və viza üçün qara siyahıya salmaq qərarına gəliblər.

Balinin hüquq və insan haqları departamentinin rəhbəri Angiath Napitupulu bildirib ki, deportasiya edilən şəxs qanun və qaydaları pozub, ölkə mədəniyyətinə hörmət göstərməyib. 

İndi adanın sakinləri müqəddəs vulkanı təmizləmək üçün dini mərasim keçirməyə hazırlaşırlar. /The Jakarta Post/

Teymur MƏMMƏDOV