Ulduz futbolçudan maraqlı açıqlama:
    • 30-03-2023, 10:32
    • 111

Ulduz futbolçudan maraqlı açıqlama: "Dostlarım mənə “eşşək” deyirlər" - FOTO

İngiltərə Premyer Liqa komandası və "Çelsi"nin alman ulduzu Kay Havertz maraqlı açıqlamalar verib.

News24.az xəbər verir ki, "Çelsi"də çıxış edən alman hücumçu "eşşəklər çox sakit heyvanlardır və mən də sakit insan olduğum üçün onlarla eyniləşmişəm" deyib.

"Bəzi komanda yoldaşlarım mənə "eşşək" deyirlər. Bunun mənim oyunumla heç bir əlaqəsi yoxdur. Həmişə eşşəklərlə xüsusi münasibətim olduğunu düşünürdüm. Oyunda uduzduğumuz zaman sığınacağa getməyi və heyvanlarla vaxt keçirməyi xoşlayıram. Heyvanların gözlərinin içinə baxmaq və onlarda insanlara məxsus bir şeyi görmək mənə rahatlıq verir" - deyə Havertz qeyd edib. /The Guardian/

Teymur MƏMMƏDOV