"İran Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir"
    • 7-04-2023, 17:24
    • 245

"İran Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir"

"İsraildə Azərbaycan səfirliyinin açılmasına etirazlarını bildirən, bununla bağlı bizə təhdid xarakterli mesajlar göndərən, hətta Azərbaycanı islam dünyasına xəyanətdə günahlandıran İran Parlamentinin deputatlarının bəyanatı, fikirləri korlara, karlara və dünyadan xəbərsizlərə məxsus ola bilər. Çünki bu deputatlar özlərinə qardaş bildikləri, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən, insanlarımızı diri - diri yandıran, asan, kəsən, milyondan çox vətəndaşımızı əsir gününə qoyan, dini - tarixi mədəni abidələrimizi yer üzündən silən, məscidlərimizdə donuz saxlayan düşmənlərimizin - ermənilərin hərəkətlərini, çirkin əməllərini görmürlər, görməməzliyə vururlar".               

News24.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev danışıb.

"210 nəfər parlament üzvü İran Ermənistana silah-sursat verib, maddi yardım göstərib balalarımızın, qoca və qadınlarımızın, qızlarımızın ölümünə, əsir götürülməsinə imkan yaradanda harada idilər, niyə susurdular? Nədən belə dil - dil ötmürdülər? Axı onlar erməni təcavüzkarlarının azərbaycanlıların başına gətirdikləri bəlaları uzun illərdir görürlər, bilirlər və bilavasitə özləri də bu çirkin əməllərin iştirakçısıdılar, terrorçulara, təcavüzkarlara şərikdirlər. İran deputatları hər vaxt təcavüzkarların yanındadır, onlarla qol-boyundur, qardaşdır. Belə olan halda İsraildə Azərbaycan səfirliyinin açılmasında  Azərbaycanı qınamaq, hədə dolu ifadələr işlətmək nadanlıqdan başqa bir şey deyil. Bu, siyasi korluq, ağılsızlıq, əsl riyakarlıqdır".                     

Tahir Rzayev 

"Azərbaycanın Fələstinlə münasibətləri normaldır. Biz Fələstinlə problemi olan ölkələrə silah vermirik, yardım göstərmirik. Ancaq İran bizim düşmənlərimizə silah, yanacaq verir, təcavüzkarların mövqeyindən çıxış edir. Zəngəzur dəhlizinin açılmasına mane olur, ölkədə yaşayan soydaşlarımızı çıxılmaz vəziyyətdə  saxlayır, səfirliyimizin əməkdaşlarını qətlə yetirib və yaralayırlar. Milli Məclisin deputatı Fazil Mustafaya sui - qəsd təşkil edirlər, terror həyata keçirirlər. İranlı deputatlar, İranın hakim dairələri ağıllarını başlarına yığmalıdılar. Düşdükləri vəziyyəti, xalqın artan narazılığını, yürütdükləri siyasətin ağrılarını, problemlərini təhlil etməlidirlər, tutduqları əyri yoldan anti - Azərbaycan təbilğatından, düşmənçilikdən çəkinməlidilər. Düşmənlərimizə qardaş deyib bizi etibarsızlıqda günahlandırmaq ağıllı düşüncə sahibinə xas deyil. Bu əmmaməlikdir. İran Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən çəkinməlidir. Dövlətimizlə zor dilində danışmaq, yalan - böhtan bəyanatlar vermək molla rejiminə fayda verə bilməz".