Efirdə Şəbnəmin maşınını əzdilər
    • 8-04-2023, 11:48
    • 265

Efirdə Şəbnəmin maşınını əzdilər

Müğənni Şəbnəm Tovuzlu ötən gün “7 canlı” verilişinin qonağı olub.

News24.az olay-a istinadən xəbər verir ki, çəkiliş komandası ifaçının ATV-nin həyətində saxlanılmış avtomobilinin içini lentə almaq istəyiblər. Lakin bu zaman problem yaranıb. Bildirilib ki, müxbir maşını həyətin ortasına çəkmək istəyərkən qəza törədib.

Bunu eşidən Ş.Tovuzlu əsəbiləşsə də, büruzə verməməyə çalışıb. Komanda isə maşını evakuatorla həyətədən çıxararaq təmirə aparıb. Bu zaman müğənni etiraz edib, məsələni özünün həll edəcəyini söyləyib.