Məleykə Əsədova kədərləndi:
    • 10-04-2023, 13:51
    • 251

Məleykə Əsədova kədərləndi: "Rejissorum, müəllimim, atam..."

Xalq artisti Məleykə Əsədova dünən dünyasını dəyişən Azərpaşa Nemətovdan yazıb. 

News24.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib. Mərhum Xalq artisti ilə fotolarını izləyiciləriylə bölüşən aktrisa kədərini bu sözlərlə dilə gətirib:

“Azər müəllim, yeriniz həmişə görünəcək! Teatrla nəfəs alırdız. Teatrı çox sevirdiz. Hazırladığınız tamaşalar, səhnə, aktyorlar sizin üçün darıxacaq! Tamaşadan sonra oyunum haqqında gözəl fikirləri kim söyləyəcək ? Axı oynadığım tamaşaların rejissoru siz idiz. Sonuncu gördüyünüz və alqışladığınız “Cəhənnəm sakinləri” tamaşası oldu. Rejissorum, müəllimim, atam və böyük sənətkar kimi sizə çox hörmətim, sonsuz sevgim var! Allah rəhmət etsin”.