“Sivilizasiya” dəyirmi masa keçirdi
    • 11-04-2023, 12:51
    • 142

“Sivilizasiya” dəyirmi masa keçirdi

“Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının sosial siyasətlə bağlı maarifləndirilməsi” mövzusunda həyata keçirdiyi layihə davam edir. Layihə çərçivəsində 08-10 aprel tarixlərində Bakı şəhərinin Sabunçu, Xətai və Yasamal rayonlarında 3 dəyirmi masa təşkil edilmişdir.

Həmin tədbirlərdə layihənin rəhbəri, “Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyinin sədri Anar Rəhimov layihənin məqsədi barədə iştirakçılara məlumat verib.

A.Rəhimov bildirib ki, layihənin məqsədi Bakı şəhərində müharibə iştirakçılarına dövlətin və hökumətin sosial siyasəti barəsində ətraflı məlumat vermək, onlara pulsuz hüquqi yardımı təmin etmək idi. “Eyni zamanda hüquqi maarifləndirmə işinin təkmil təşkili üçün “Qaynar xətt” yaradılmış, eləcə də Bakı şəhərinin Sabunçu, Xətai və Yasamal rayonlarında müharibə iştirakçıları ilə fərdi söhbətlər aparılmış, onlara pulsuz hüquqi yardım edilmiş və təşkilat tərfindən çap olunmuş “Müharibə veteranlarına hüquqi yardım” adlı maarifləndirici kitab paylanmışır.

Tədbirdə məruzə ilə çıxış edən hüquqşünas Mirəli Hüseynov ilk olaraq müharibə iştirakçıları anlayışına aydınlıq gətirdi. O, bildirdi ki, ölkə qanunvericiliyi müharibə iştirakçıları deyərkən müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri fərqləndirir: “Qanunvericilik bu fərqlərdən çıxış edərək qeyd edilən koteqoriyadan olan şəxslər üçün müxtəlif sosial proqramlar işləyib hazırlamışdır. Bu proqramlar hər iki koteqoriyaya mənsub müharibə iştirakçılarının sığorta, sosial müavinatlar, pensiyalar, özünəməşğulluq, o cümlədən gündəlik qayğılarının yüngülləşdirilməsinə xidmət edən mənzi və avtomobil nəqliyyatı vasitələri ilə təminatını, saglamlığın bərpasına yönəlik tədbirləri, güzəştləri, imtiyazları və digər məsələləri əhatə edir”. Məruzəçi çıxışına davam edərək qeyd olunan proqramların mütəmadi olaraq daha da inkişaf etdirilməsi və müharibə iştirakçılarının hərtərəfli sosial müdafiəsinin təşkilinin dövlətin əsas prioritet məsələləri sırasında olmasını iştirakçıların diqqətinə çatdırdı.

Tədbirin sonunda iştirkçılar tərəfindən məruzəçiyə ünvanlanmış suallar cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.