-
- 22-02-2023, 08:16
- 279
“Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılması" layihəsinin açılış seminarı keçirilib
Kecən gün Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilməsi nəzərdə tutulan “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” Layihəsinin məlumatlandırma görüşü (açılış seminarı) keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Beyləqan RİH-nin nümayəndəsi, Təhsil Şöbəsinin nümayəndələri, Veteranlar Cəmiyyətinin Beyləqan rayon Təşkilatının sədri, Beyləqan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və Ağsaqqallar Şurasının sədri, Qazilər, Müharibə Veteranları və digər ictimaiyyət nümayəndələri daxil olmaqla 22 nəfər iştirak edib.
Tədbiri “Şəfa” Psixoloji Sosial Yardım İctimai Birliyinin sədri Xəlil Süleymanov açaraq layihənin Donoru və layihə heyəti barədə məlumat verdikdən sonra sözü layihə koordinatoru Nizami Musayevə verdi.
1 dəqiqəlik sükutla Şəhidlərimiz yad edildikdən sonra Nizami Musayev çıxış edərək, Ölkə Prezidenti cənab İlham Əliyevin müharibə iştirakçılarının (Şəhid ailələrinin, Qazilərin, Müharibə Veteranlarının) psixoloji-sosial durumlarının yaxşılaşdırılması üçün zəruri olan bütün addımları davamlı surətdə atdığını qeyd etdi. Bununla yanaşı ictiami təşkilatların da bu istiqamətdə Dövlət Proqramlarına dəstək verməsinin əhəmiyyətini vurğuladı və layihənin məqsədi, vəzifə və fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verdi.
Layihə heyətinin digər üzvləri Fərrux Əsgərov və Xəlil Süleymanov da layihənin fəaliyyət istiqamətləri barədə geniş açıqlama verdikdən sonra geniş müzakirələr başladı.
Tədbir iştirakçılarından Mehman Əliyev, Yusif Əhmədov, İlkin Talıbov, Qazi Orxan Həsənov, Qazi Orxan Səfərov və digərləri çıxış edərək layihənin böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Layihə heyətinə bu yönümlü layihələrin daha geniş formatda keçirilməsinin vacibliyini bildirərək gələcəkdə anoloji innovasiyaların həssas qrupa daxil olan insanların kənd təsərrüfatı sahələrinə gətiriləcəyinə inamlarını ifadə etməklə Layihənin Donoruna və layihə heyətinə təşəkkürlərini bildirdilər.
Layihə 01.02.2023- cü il tarixdə başlamış və 01.06.2023 -cü il tarıxə qədər davam edəcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Azad İstehlakçılar” İctimai Birliyi, “Şəfa” Psixoloji Sosial Yardım İctimai Birliyi, Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin dəstəyi ilə keçirilib.