Bakının mərkəzində dəhşətli hadisə - Qadın özünü binadan atdı
    • 11-04-2023, 13:10
    • 194

Bakının mərkəzində dəhşətli hadisə - Qadın özünü binadan atdı

Bakıda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1941-ci il təvəllüdlü Gülnaz Dövlət qızı Ağayeva özünü Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, intihar edən qadın həmin binada yaşayan E.Rəfiyevanın evinə qonaq gəlib. Daha sonra G.Ağayeva qonaq gəldiyi evin eyvanına çıxaraq özünü atıb.

Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.