"İstedadı peşəkarlıqla səhv salmaq olmaz" - Xalq artisti
    • 11-04-2023, 15:34
    • 342

"İstedadı peşəkarlıqla səhv salmaq olmaz" - Xalq artisti

"İstedadı peşəkarlıqla səhv salmaq olmaz".

News24.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, istedadı peşəkarlıqla eyniləşdirmək yanlış yanaşmadır.

Xalt artisti bildirib ki, hansısa peşənin sirlərinə yiyələnmədən mövcud olan istedad gərəksizdir.

Teatrının bədii rəhbəri deyib ki, aktyor və rejissorları yetişdirmək lazımdır. B.Xanızadə söyləyib ki, əgər onlar peşəkar deyillərsə, teatrın inkişafından danışmaq olmaz./report/