Çavuşoğlu görüşə “Togg”la getdi – Foto
    • 14-04-2023, 15:04
    • 128

Çavuşoğlu görüşə “Togg”la getdi – Foto

Müxtəlif təmaslar üçün Avstriyanın paytaxtı Vyanaya gedən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilk görüşünü avstriyalı həmkarı ilə keçirib.

News24.az  xəbər verir ki, görüşə Türkiyənin yeni “Togg” avtomobili ilə gedən Çavuşoğlu Vyanada olduğu müddətdə bütün təmaslara bu avtomobillə yollanacaq.

Nazirin Avstriyaya səfəri çərçivəsində ATƏT baş katibi Helqa Şmid və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) prezidenti Rafael Mariano Qrossi ilə görüşü gözlənilir.