Eldar sevdiyindən ayrılandan sonra başını divara vurub ağlayanlara ismarıc göndərdi - VİDEO
    • 10-02-2019, 12:46
    • 1 092

Eldar sevdiyindən ayrılandan sonra başını divara vurub ağlayanlara ismarıc göndərdi - VİDEO

Azərbaycanın tanınmış müğənnisi, "Eurovison" qalibi Eldar Qasımov yeni mahnı ilə dinləyicilərini sevindirəcək.

E. Qasımovun News24.az-a verdiyi məlumata görə, o, İsveç müəllifləri Johan Jamtberk və Mikael Gunnerasla birgə hazırlanan "Rising up" mahnısını hazırlayıb. Mahnı sevdiyin insandan ayrıldıqdan sonra həyatına yenidən necə nəzarət edə bilərsən mövzusuna həsr olunub.

Mahnı müasir pop stilindədir və bəstəni ərsəyə gətirən komanda mahnının hər kəs tərəfindən bəyəniləcəyinə ümid edir. E.Qasımov yeni işini şərh edərkən bunları deyib:

"Bu mahnı ayrılıqlar zamanı başını divara vuran, yastığı başına qoyub hönkürtü ilə ağlayan, bu vəziyyətdə özünü sınmış kimi göstərənlərin xoşuna gəlməyəcək. "Rising up" sevdiyi insandan ayrıldıqdan sonra özündə güc tapıb həyatını yenidən qurmağı və yeni hisslərə yol açmağı bacaranlar üçündur. Ümid edirəm ki, yeni "Rising up" mahnısı hər birinizin xoşuna gələcək və sevə-sevə dinləyəcəksiniz". 

//News24.az