Lerik sakini Buzovnada evi yandırdı
    • 17-04-2023, 12:06
    • 154

Lerik sakini Buzovnada evi yandırdı

Buzovnada evi qəsdən yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-da saat 14 radələrində Buzovna qəsəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan bir evi yandırmaqda şübhəli bilinən Lerik rayon sakini Murad Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.