Yəməndə qızılcadan 77 uşaq öldü
    • 17-04-2023, 15:36
    • 292

Yəməndə qızılcadan 77 uşaq öldü

Yəməndə kütləvi şəkildə qızılca yayılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.

Məlumata görə, bu günə qədər Yəməndə 9 min 418 qızılca hadisəsinin aşkar edilib. 77 nəfər isə qızılcadan vəfat edib. 

Qeyd edək ki,  2022-ci ildə Yəməndə təxminən 22 min qızılca hadisəsi aşkarlanıb, 160 nəfər ölüb. 

Qumral Əliyeva