Livanda ehtiyatda olan hərbi qulluqçular küçələrə axışdı
    • 19-04-2023, 14:21
    • 117

Livanda ehtiyatda olan hərbi qulluqçular küçələrə axışdı

Livandakı iqtisadi böhran xalqı yenidən küçələrə çıxmağa vadar edib.

News24.az xəbər verir ki, bu dəfə ehtiyatda olan hərbçilər hərəkətə keçib.

Paytaxt Beyrutda baş nazirin ofisinə doğru gedən nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Nümayişçilərin qarşısını almaq üçün binanın qarşısına tikanlı məftillər çəkilib. 

Ölkənin valyutası ABŞ dollarına nisbətdə 99 faiz dəyər itirib. Qara bazarda 1 dollar 140 min Livan lirəsinə qalxıb. /CNN Türk/