Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər - FOTO
    • 19-04-2023, 23:47
    • 358

Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər - FOTO

Martın 12-də keçirilən buraxılış imtahanında yüksək nəticə toplayan abituriyentlərin adları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda 297,5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:

Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.
Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə açıqlamasında həkim olmaq istədiyini bildirib: 



“Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.

Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib. 
Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə  ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir:



“Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.
Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb. /Qafqazinfo/