Ötən il birinci siniflərə qəbulda bu texniki problemlər yaşanıb
    • 27-04-2023, 11:47
    • 239

Ötən il birinci siniflərə qəbulda bu texniki problemlər yaşanıb

Ötən il I siniflərə qəbul üzrə prioritet müəssisə seçimində bir sıra texniki problemlər yaşanıb.

News24.az xəbər verir ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib. 

Müdir müavini bildirib ki, vətəndaşlar prioritet olmasına baxmayaraq səhvən sistemdə müsabiqəyə yazıl düyməsini basmışdı: 

"Belə olan halda valideyn prioritet olsa da, müsabiqəyə yazılmışdı. Sonrakı mərhələdə həmin müəssisədə mövcud boş yerlər dolduğu üçün həmin şagirdlərin yerləşməsində ciddi problemlər yarandı. Onu da əlavə edim ki, 3 əsas prioritet var. Məktəbin xidməti ərazisi, bacı və ya qardaşın həmin müəssisədə təhsil alması, valideynlərdən birinin həmin müəssisədə çalışması prioritet sayıllır". 

Qumral Əliyeva