Sudanda atəşkəs 72 saat uzadıldı
    • 28-04-2023, 11:01
    • 206

Sudanda atəşkəs 72 saat uzadıldı

Sudanda atəşkəsin müddəti uzadılıb.

News24.az xəbər verir ki, tərəflər atəşkəsin daha 72 saat uzadılmasına qərar verib.

Atəşkəsə baxmayaraq, hərbi təyyarələr gecə boyu paytaxt Xartumdakı HDK mövqelərinə zərbələr endirib. Şəhərdə artilleriya birləşmələrinin səsləri də eşidilib.

ABŞ dövlət katibi Antoni Blinken atəşkəsin uzadılması qərarından məmnun olduqlarını bildirib. Tvitter hesabında paylaşım edən Blinken hər iki tərəfi münaqişələrə daimi son qoymağa və ölkədəki humanitar yardımlara mane olmamağa çağırıb.

Xatırladaq ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında aprelin 15-də başlayan qarşıdurmalar davam edir. 

Qumral Əliyeva