İki tele-aparıcı həbs ediləcək - FOTO
    • 13-02-2019, 17:15
    • 1 349

İki tele-aparıcı həbs ediləcək - FOTO

Türkiyənin tanınmış dizayneri Hakan Akkaya iki tanınmış aparıcını məhkəməyə verib.

News24.Az bildirir ki, səbəb təqribən 1 il əvvəl "Söylemezsem olmaz" proqramının aparıcıları Ece Erken və Bircan Balinin canlı efirdə dizaynerin mənliyinə toxunan ifadələr işlətmələri olub. Bundan yana şikayət edən Akkaya məhkəmədən aparıcıların cəza almalarını tələb edib. 

Dizaynerin tələbinə uyğun olaraq, məhkəmə araşdırma apardıqdan sonra bu gün hər iki aparıcıya 1 aylıq icbari həbs cəsası qərarı çıxarıb.

Ece Erken və Bircan Bali 2 həftə ərzində etiraz etmədikləri təqdirdə, dustaqxanaya təhvil veriləcəklər.

 News24.Az