III Çarlzın tacqoyma mərasimində ilklər yaşanacaq
    • 1-05-2023, 11:40
    • 133

III Çarlzın tacqoyma mərasimində ilklər yaşanacaq

İngiltərə kralı III Çarlzın rəsmi tacqoyma mərasimində ilk yaşanacaq.

News24.az xəbər verir ki, bu il ilk dəfə olaraq Böyük Britaniyadakı müsəlman, yəhudi, hindu, sikx və buddist icmalarının dini liderləri də mərasimdə iştirak edəcəklər.

Çarlz əvvəlcə din ayin olan mərasimdə "Protestantların İnanc Müdafiəçisi" kimi xidmət etmək və Anqlikan Kilsəsini qorumaq üçün and içəcək.

Mərasimdə əsasən xristian duaları oxunacaq.

Ölkənin ilk hindistan əsilli baş naziri Rişi Sunak mərasimdə İncildən bir hissə oxuyacaq.

Mərasimdə Şotlandiyanın ilk müsəlman baş naziri Həmzə Yusuf iştirak edəcək. Azlıq dinlərinə mənsub olan Lordlar Palatasının üzvləri də qızıl bilərziklər və kral paltarları kimi xristian olmayan simvolları təqdim edəcəklər.

Kral Çarlz mərasimdə katolik, yunan ortodoks və Şotlandiya Azad Kilsəsi təriqəti kimi bir sıra digər xristian konfessiyalarının liderləri tərəfindən də xeyir-dua alacaq.

Çarlzın atası, Korfu adasında doğulmuş şahzadə Filip üçün xor dini mahnı oxuyacaq. Mərasimdə həmçinin qaradərililərə xas dini musiqi də yer alacaq. /CNN Türk/