Çiyələklərin yetişidirilməsi üçün 30-a yaxın kimyəvi maddədən istifadə olunur - Ekspert
    • 1-05-2023, 14:03
    • 255

Çiyələklərin yetişidirilməsi üçün 30-a yaxın kimyəvi maddədən istifadə olunur - Ekspert

"Mövsümündən əvvəl satışa çıxarılan çiyələklərin yetişdirilməsi üçün 30-a yaxın kimyəvi maddədən istifadə olunur".

Bunu News24.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

AİB sədri bildirib ki, bu cür çiyələklərin kütləvi istehlakı məsləhət görülmür: "Sözügedən çiyələklər asanlıqla yetişmir. Bazar üçün hazırlanan bu məhsullar çoxsaylı kimyəvi dərmanlarla, xüsusi plantasiyalarda yetişdirilir. Kimyəvi maddələrlə yetişdirilən bu məhsulun kütləvi istehlakı sağlamlıq üçün çox təhlükəlidir. İl boyu bu cür çiyələklər bazarda olur. Artıq xırda, yumuşaq çiyələklər yox olmaq üzrədir.  Alıcılara kiçik ölçülü, yumuşaq, təbii şəraitdə yetişən çiyələkləri almaq məsləhət görülür. Digər növ çiyələkdən isə mümkün qədər az istifadə etmək lazımdır".

Qumral ƏLİYEVA